Messi Raulun rekordunu təkrarladı
Çempionlar Liqasının qrup mərhələsinin IV turunda səfərdə “Ayaks”la görüşdə dubl edən “Barselona”nın futbolçusu Lionel Messi “Real”ın əfsanəvi hücumçusu Raul Qonzalesə çatıb.
APA TV-nin məlumatına görə, Argentina milli komandasının forvardı Kataloniya klubunun 0:2 hesabı ilə qələbə qazandığı matçın əvvəlcə 36-cı dəqiqəsində meydan sahiblərini cəzalandıraraq, “Kral klubu”nun futbolçusu Kriştianu Ronaldoya 70 qolla şərik olub.
76-cı dəqiqədə yenə fərqlənən Messi qollarının sayını 71 çatdırıb və ÇL-nin bombardirlər siyahısında Raulla birgə ilk pillədə qərarlaşıb.