Bakıda yeni körpünün üstündə iki maşın toqquşub
Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumartına görə, Salam Adil dairəsindəki yeni körpünün üzərində iki minik avtomobili toqquşub. Dərhal hadisə yerinə polis əməkdaşları gəliblər. Hadisə yerində aparılan ilkin araşdırmadan sonra qəzanın hansı şəraitdə baş verdiyi məlum olub. "Mercedes" markalı avtomobil "Chevrolet"in yoluna çıxıb və qəza baş verib.
Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Avtomobillərə isə ciddi ziyan dəyib. Faktla bağlı Dövət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.