Lənkəranda avtomobili oğurlamaq istəyənlərin cəhdləri baş tutmayıb
Lənkəranda minik avtomobilinin oğurlanmasına cəhd edilib. Maşının mühərrikini işə sala bilməyən şəxs və ya şəxslər onu hadisə yerindən 100 metr kənarda qoyaraq qaçıblar. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Hirkan qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini Rafiq Məmmədova “VAZ-21074” markalı avtombilini qonaq gəldiyi yaxın qohumlarından birinin qapısında saxlayaraq evə daxil olub. Bir müddətdən sonra evə qayıtmaq istəyən Rafiq avtomobilin saxladığı yerdə olmadığını görüb: "Maşını yolun qırağında saxlamışdım. Qapılar açıq idi. Şübhələndiyim var".
Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verildikdən sonra hadisə yerinə dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Avtomobili qaçırmaq istəyən şəxslərin tapılması istiqamətində axtarışalara başlanılıb.