Donetskdə məktəbə top mərmisi düşdü, ölənlər var
Ukraynanın şərqində gedən döyüşlər faciəyə səbəb olub. Donetsk məktəblərindən birinə mərmi düşüb. APA TV-nin Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, partlayış iki məktəblinin ölümünə səbəb olub. Ukrayna rəsmiləri mərminin "Donetsk Xalq Respublikası"nın nəzarətində olan ərazidən atıldığını bildiriblər. Ukrayna hakimiyyəti sübut kimi fotokadrlar yayıb. Qeyd olunur ki, atəş Makeyevka rayonundan açılıb. Kadrlarda mərminin uçuş trayektoriyası görüntülənir. Atəş nəticəsində mərmi məktəb stadionunun hasarını dağıdaraq içəri düşüb və partlayıb. Peyk çəkilişi də atəşin separatçıların əlində olan Makeyevka səmtindən açıldığını təsdiqləyir. Mərmi partlayan zaman ərazidə olan yeniyetmələrdən 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarətlər alıblar. Yaralı məktəblilər xəstəxanalara yerləşdiriblər.