Gəncədə müəllimənin evindən 100 min manat oğurlanıb

Gəncə şəhərində oğurluq hadisəsi baş verib. Kəpəz rayon Polis İdarəsindən APA TV-nın qərb bürosunun verilən məlumata görə, şəhərin “Avtozavod” qəsəbəsində yaşayan, Gəncə Musiqi Kollecinin müəlliməsi, 1978-ci il təvəllüdlü Raminə İsmayılova Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, noyabrın 4-də, günorta saatlarında evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinin pəncərəsini sındıraraq içəriyə daxil olublar. Oğrular evdən 8 min manat  dəyərində qızıl zinət əşyaları və 100 min manata kimi pulu oğurlayıblar.

 

Cinayəti törədən şəxslərin tapılması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli