Gəncədə ev yanıb, 47 yaşlı qadın ölüb

Bu gecə Gəncədə ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb. APA TV-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 17 kv.m birotaqlı mənzildə baş verib. Nəticədə ev əşyaları 3 kv.m sahədə qismən yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi 1967-ci il təvəllüdlü İsmayılova Pərvanə Əziləddin qızının meyiti aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli