Türkiyədə kömür mədənində itkin düşən 18 nəfərdən 2-nin meyiti tapıldı
Türkiyənin Ermenek şəhərində kömür mədənində itkin düşən 18 nəfər işçidən iki nəfərinin meyiti tapılıb. Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldızın verdiyi məlumata görə, axtarışlar nəticəsində hələlik iki nəfərin meyitini aşkarlamaq mümkün olub. Onun sözlərinə görə, xilasetmə işləri davam etdirilir.
APA TV-nin məlumatına görə, 10 gün əvvəl mədən ocağında işləyən 26 fəhlədən 8-i hadisə baş verəndə ərazini tərk etsə də , 18 nəfər içəridə qalıb. Mədəndə su borusunun zədələnməsi nəticəsində suyun səviyyəsi artıb, bu isə şaxtanın uçmasına səbəb olub.