Bakıda yanğın zamanı 50 uşaq təxliyə edilib - YENİLƏNİB
Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb.APA TV-nin xəbərinə görə, Xətai rayonu Süleyman Vəzirov küçəsində baş verən yanğın binanın zirzəmisindən 16-cı mərtəbəyədək şaxtada qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. 35 bina sakini və 50 uşaq olmaqla ümumilikdə 100-ə yaxın insan təxliyə edilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın yerinə nazirliyin yaxın ərazidə olan bölmə və hissələrinin əməkdaşları gəlib. Daha sonra ikinci dərəcəli çağırış elan edilib. Çağırışa əsasən, Bakı Qarnizonunun canlı qüvvə və texnikası hadisə yerinə cəlb edilib. Yanğının mürəkkəbliyi ondan ibarət olub ki, binanın ikinci mərtəbəsində uşaq bağçası yerləşir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları uşaq bağçasından 50 uşaq və 15 personalı, binadan isə 35 sakini təxliyyə edib. Yanğın zamanı heç kim xəsarət almayıb.
Yanğın söndürülüb və bina sakinlərinə evlərinə daxil olmağa icazə verilir. İlkin ehtimala görə, hadisə elektrik naqillərində baş verən qısa qapanma nəticəsində baş verib.