Bakının mərkəzində kilometrlərlə tıxac yaranıb - VİDEO - YENİLƏNİB

Səhər saatlarından paytaxtın bir çox yollarında hərəkət iflic olub. Maşınlar saatlarla küçədə qalıb.

 

Bakının mərkəzi küçə və prospektlərində tıxac müşahidə olunur. Şəhər bir neçə giriş istiqamətində yaranmış tıxac iki saatdan artıqdır ki, davam edir.

 

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə bildirilib ki, bu gündən etibarən, paytaxtın Koroğlu Rəhimov küçəsi təmir işləri ilə əlaqədar 3 gün müddətinə bağlı olacaq. Yaranan tıxac da bununla bağlıdır.

 

Həm qarşı tərəfdən, həm də arxadan yol bağlıdır. Hətta hadisə yerinə tələsən yanğınsöndürən maşınına da yol verməyə imkan yoxdur.

 

Saatlarla tıxacda qalan sürücülər getdikləri yerə tez çatmaq üçün qarşı yola keçirlər. Bu da əlavə tıxac yaradır.

 

Sürücülərə alternativ olaraq, Həsənoğlu və Əhmədbəy Ağaoğlu küçələrindən istifadə etmələri tövsiyə olunur.

 

Müəllif | Apa.Tv