"Beşiktaş"dan qalibiyyət, "Trabzonspor"dan heç-heçə
Ötən gecə Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib. Türkiyənin turnirdəki təmsilçilərində "Beşiktaş" öz meydanında Serbiyanın "Partizan" klubunu məğlub edib, "Trabzonspor" isə səfərdə "Lokeren" komandası ilə heç-heçə oynayıb.
Türkiyə Superliqasının son turunda "Fənərbağça"ya derbi oyununda məğlub olan "Beşiktaş" Avropa Liqasındakı qarşılaşmaya hücumlarla başlayıb. Rəqib qapısında təhlükəli vəziyyətlər yaradan Türkiyə klubu birinci hissədə qol vura bilməyib.
İkinci hissədə isə Gökhan Töre və Demba Banın birgə səyləri nəticəsində "Beşiktaş" bir-birinin ardınca iki dəfə fərqlənib. Əvvəlcə 57-ci dəqidədə Gökhan Töre komandasında penalti qazandırdı və senaqallı futbolçu hesabı açdı. 4 dəqiqə sonra Demba Ba hesab arasındakı fərqi artırıb.
Qollardan sonra arxayınlaşan "Beşiktaş" 77-ci dəqiqədə qapısında qol görüb. Markoviç hesab arasındakı fərqi azaldıb. Bu, oyunda vurulan sonuncu qol olub. "Beşiktaş" 2 - "Partizan" 1.
"Tranzonspor" "Lokeren"lə oyunun ilk dəqiqələrində hesabda geri qalıb. 5-ci dəqiqədə Patosi hesabl açıb. "Trabzonspor" qolun əvəzini oyunun ilk hissəsinin əsas vaxtına əlavə edilmiş dəqiqələrdə çıxıb. "Trabzonspor"un qolunu Məcid Uoris vurub. İkinci hissədə komandalardan heç biri fərqlənə bilməyib və "Tranzonspor" səfərdə 1 xal qazanıb.