“APA Holding” “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatına layiq görülüb

Baş ofisi Böyük Britaniyada yerləşən “Global Certfication Limited” şirkəti “APA Holding”i “İSO 9001:2008” beynəlxalq standartı üzrə “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatına layiq görüb.


Şirkət  “APA Holding”i xəbər xidməti, reklam işi, kommunikasiya və internet provayder xidmətlərini “İSO 9001:2008” standartına uyğun təşkil etməsi ilə bağlı bu sertifikata layiq bilib.

 

“Global Certfication Limited” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi olan “MEP-CERT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Canan Ülkü APA-ya deyib ki, xidmət və məhsullarının keyfiyyətini artıran şirkətlər bu keyfiyyətin beynəlxalq səviyyədə təsdiq edilməsi üçün bu sertifikatı almaq istiqamətində çalışır.

 

“Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatı almaq üçün şirkətlər bir sıra hazırlıq işi görməlidir. Bura sənədləşmə, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün seminarların keçirilməsi, müştəri məmnuniyyəti prosesinin yaradılması, daxili audit sisteminin formalaşdırılması və daxili audit kadrlarının yetişdirilməsi və s. daxildir.

 

Qeyd edək ki, “GlobalGROUP” şirkətinin 5 qitədə, 40-dan çox ölkədə nümayəndəlikləri var. 

Müəllif | Apa.Tv
Apa.tv