Gəncədə evdə yanan qadının öldürüldüyü məlum oldu

DİN Gəncədə evdə baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. APA TV-nin nazirliyə istinadən verdiyi məlumata görə, noyabrın 7-də gecə saat 2 radələrində Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib, 15 kvadrat metr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra evdə Pərvanə İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.

 

Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılıb

 

Müəllif | Apa.Tv
Azər Məmmədli