Goranboyda partlayış olub, 22 yaşlı oğlan ölümcül yaralanıb

Goranboyda qaz sızması nəticəsində baş verən partlayışda gənc oğlan ağır xəsarətlər alıb. APA TV-nin xəbərinə görə, hadisə noyabrın 7-nə keçən gecə Goranboyun Dəliməmmədli şəhərində baş verib. Fərdi həyət evinin otaqlarından birində qızdırıcı  sobanın nasazlığı nəticəsində evə qaz sızıb və partlayış olub. Otaqda olan 22 yaşlı Mehman Hüseynov ağır xəsarət alıb. O,  2-ci və 3-cü  dərəcəli yanıq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Yaralının vəziyyəti çox ağır olduğundan, bir neçə saatdan sonra Bakı şəhərinə göndərilib. Bildirilir ki, 22 yaşlı oğlanın həyatı üçün təhlükə hələlik aradan qalxmayıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli