Milli Qəhrəmanı Mübariz İbrahimovun dəfnindən 4 il ötür
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun dəfn olduğu vaxtdan dörd il keçir. APA TV-nin cənub bürosunun məlumatına görə, bu münasibətlə Biləsuvar Olimpiya İdman Kompleksində Mudafiə Nazirliyi (MN) və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Qəhrəmanlıq ənənələrini yasadaq!" devizi altında təntənəli tədbir keçirilib. Şəhid aillələrinin, Qarabağ müharibəsi veteranlarının, Çernobıl və Əfqanstan əlillərinin, ictimaiyyət nümayəndələrinin, hərbi hissələrin əsgər və zabitlərinin qatıldıqları tədbirdə çıxış edən MN-nin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Biləsuvar RİH-nin başçısı Mahir Quliyev, Milli Məclisin üzvü Gülhüseyn Kazımlı və digərləri son on ildə ordu quruculuğunda qazanılan uğurlardan söz açaraq, Mübariz İbrahimov kimi qəhrəmanlar nəslinin yetişdiyini konkret faktlarla diqqətə çatdırıblar. Bildirilib ki, düşmənə sarsıdıcı zərbə vuran Mübarizin cəsədi alınaraq, noyabrın 7-də böyük izdihahla Vətən torpağına tapşırılıb.
Çıxışlardan sonra Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, respublikanın tanınmış sənətçilərinin ifasında qəhrəmanlıq və vətənpərvərlik ideyalarını tərənnüm edən şeirlər, mahnılar səsləndirilib.