Ağstafada DSX-nin hərbi hissəsi fəaliyyətə başlayıb
Ağstafada Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi, Şəmkir sərhəd dəstəsinin Ağgöl sərhəd komendantlığı və təlim mərkəzi fəaliyyətə başlayıb. APA TV-nin xəbərinə görə, hərbi hissənin xidməti döyüş fəaliyyətinə başlamasına həsr olunan mərasimdə DSX-nın rəisi Sərhəd Qoşunları Komandanı Elçin Quliyev də iştirak edib. O, hərbi hissədə aparılan tikinti işləri ilə tanış olub. Ərazisi 12 hektardan çox olan hərbi hissədə 16 bina, 56 xidməti mənzil, 300 nəfərlik əsgər kazarması, yeməkxana, tibb məntəqəsi və texniki binalar inşa edilib. Elçin Quliyev Ağgöl sərhəd komendantlığı və təlim mərkəzində zabit-gizirlər üçün yaradılan şəraitlə tanış olub. Daha sonra taktiki təlimlər zamanı fərqlənmiş hərbi qulluqçulara medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Noyabrın 4-6-da xidməti ərazidə "Azərbyacan Respubilkasının ərazisinə düşmənin terror təxribat qruplarının hücumlarının qarşısını alınması və məhv edilməsi" mövzusunda DSX-nin çevik hərəkət bölmələrinin, döyüş helokopterlərinin, zirehli texnikanın və zenit raket komplekslərinin iştirakı ilə döyüş atışlı taktiki təlimlər də keçirilib.