"Qara qitə"nin qara yarası - "Ebola"
“Ebola” virusundan ölənlərin sayı 4 950-ə çatıb. APA TV-nin məlumatıan görə, Qvineya, Liberiya və Syerra-Leonedə xəstəliyə 13241 nəfər yoluxub.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında deyilir. "Birləşmiş Millətlər Təşkilatı (BMT) Afrikann qərbində "Ebola" virusuna qarşı mübarizəni uğurla başa çatdırmaq üçün kifayət qədər resurslara malik deyil".
Bunu isə BMT-nin "Ebola" virusu ilə mübarizə missiyasının rəhbəri Toni Banburi deyib. Onun sözlərinə görə, "Ebola"nın Liberiyada, Syerra-Leonedə və Qvineyada yayılması davamlıdır.
Qeyd edək ki, Afrikada virusdan ən çox zərər çəkmiş üç ölkədə - Qvineya, Liberiya və Syerra-Leonenin sakinlərini bu ölümcül epidemiyadan xilas etmək üçün tibbi heyət çatışmır. "Ebola" müalicə mərkəzlərinə azı 4707 çarpayı lazımdır. Həmin mərkəzlərin çarpayılarla təchizatı isə cəmi 22 faizə bərabərdir.
Bunun bir səbəbi də xarici ölkələrdə zəruri sayda həkim briqadalarının tapılması ilə bağlı çətinliklərdir.