Berlin divarlarının yıxılmasının 25 illiyi qeyd olunur
Almaniyada Berlin divarlarının yıxılmasının 25 illiyi münasibəti ilə keçirilən bayram tədbirləri rəsmən başlayıb. APA TV-nin məlumatına görə, Berlində təşkil olunan bayram tədbirləri çərçivəsində divarın 15 kilometrini canlandırmaq üçün 8 min hava şarı düzülüb.
Bayram tədbirinə keçmiş Sovetlər Birliyinin rəhbəri Mixail Qorbaçov da qatılıb. Almaniya Federal Məclisində də millət vəkilləri anma tədbirləri ilə bağlı bir araya gəliblər. Tədbirdə danışan məclis başqanı Norber Namberd divarların sökülməsini Almaniya tarixində bir vacib mərhələnin simvolu olduğunu ifadə edib.
Qeyd edək ki, bayram tədbirləri çərçivəsində Berlinə 2 milyon turistin gəlməsi gözlənilir.