Bakıda mənzildə meyit tapılıb

Bakının Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. APA TV-nin məlumatına görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Qüvvələrinin əməkdaşları cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıq vasitəsilə açıblar. Mənzilə baxış keçirilərkən 1940-cı il təvəllüdlü Volodin İqor Borisoviç huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv