Yasamalda sürücü maşını işıq dürəyinə çırpdı

Bakının Yasamal rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə "İnşaatçılar" metrosunun yaxınlığında qeydə alınıb. Şərifzadə küçəsi ilə hərəkətdə olan Elşən Haqverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil işıq dirəyinə çırpılıb. Sürət yüksək olduğundan avtomobil zərbə nəticəsində yolun əks istiqamətinə düşüb. Baş verən qəzada xəsarət alan olmasa da işıq dirəyinə və avtomobilə ciddi ziyan dəyib.

 

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal rayon şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv