Sabirabadda fövqəladə baş verərsə... - TƏLİM

Sabirabad rayonunda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda kompleks mülki müdafiə təlimləri keçirilib. APA TV-nin xəbərinə görə, təlimlərə şəhər icra hakimiyyətinin mərkəzi aparatı, fövqəladə hallar komissiyası mülki müdafiə xidmətləri, ərazi və obyekt təssərüfatları cəlb olunub. Kompleks təlimlərin keçirilməsində əsas məqsəd fövqaladə hallar zamanı əhalinin və digər işçilərin mühafizəsinin təşkili, müdafiə tədbirləri aparılarkən insanların idarə olunması bundan əlavə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə əyani vərdişlərin aşılamasından ibarətdir.

 

Təlimlər zamanı mülki müdafiə qüvvələri şərti olaraq, fövqalədə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasında dezinfeksiya işləri aparıblar. Eyni zamanda şərti olaraq partlayış baş vermiş ərazidə axtarış xilasetmə tədbirləri görülüb, zərərçəkənlərə ilk həkim yardımı göstərilib, epidemiyaya qarşı mühafizə tədbirləri aparılıb, vətəndaşlar təhlükəsiz ərazilərə təxliyə edilib. Təlimlərdə həmçinin rabitə, elektrik şəbəkəsi, su kanalizasiya  və digər xidmət təşkilatları da fəal iştirak ediblər. Təlimdə hərbiləşdirilmiş dəstələrin 245 nəfər şəxsi heyəti və 42- texnika iştirak edib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı