Gəncədə qəza: sıxılmış meyiti maşından xilasedicilər çıxardı - YENİLƏNİB
Gəncədə faciə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə Şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saat 7 radələrində şəhərin Şah İsmayıl Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində qeydə alınıb. Şəhər sakini, 1984-cü il təvəllüdlü Vüqar Qasımovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə 1963-cü il Sürahil Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşub.
Qəza nəticəsində Vüqar Qasımov ölüb, Sürahil Həsənov müxtəlif bədən xəsarətləri alıb.
Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılan Sürahil Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.
Qəza yerinə FHN-in xilasediciləri də cəlb edilib. Xilasedicilər “VAZ 2106”-da sıxılıb qalmış Vüqar Qasımovun cəsədini xüsusi alətlər vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Qəzanın baş vermə səbəbləri araşdırılır.