ABŞ İraqa 1500 hərbçi göndərir

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İraqa 1500 Amerika hərbçisinin göndərilməsinə qərar verib. Ağ evin yaydığı məlumata görə, hərbçilər İŞİD döyüşçüləri ilə mübarizə üçün İraq ordusuna və kürd hərbçilərə təlimlər keçəcək.

 

Ağ ev bunun ABŞ tərəfdaşlarını yerlərdə gücləndirmək strategiyasına uyğun həyata keçirildiyini deyib.

 

APA TV-nin xəbərinə görə, heyətin hərbi əməliyyatlarda iştirak etməyəcəyi, yalnız təlim keçmək, məsləhət vermək və yardım etməklə məşğul olağı qeyd edilir.

 

Ağ ev həmçinin bu fəaliyyət üçün 5,6 milyard dolar vəsaitin ayrılması ilə bağlı Konqresə müraciət edib. 

Müəllif | Apa.Tv
Apa.tv