Rusiyada azərbaycanlı idmançıya hökm oxunub

Rusiyada azərbaycanlı idmançıya hökm oxunub. APA TV-nin xəbərinə görə, əlbəyaxa döyüş növləri üzrə Rusiya çempionu olan Azərbaycan əsilli döyüşçü Kamil Ələkbərov ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə məhkum olunub. Volqoqradda Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasında kursant olan 18 yaşlı azərbaycanlı 23 yaşlı xidmət yoldaşı Yevgeni Yeqorovu ehtiyatsızlıqdan öldürməkdə təqsirli bilinib. O, Həştərxanın Axtyubisk rayon məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını alıb. Bu müddətdə azərbaycanlı idmançı Həştərxan vilayətini tərk etməməli və hər gün polis idarəsində qeydiyyatdan keçməlidir.

 

2014-cü il mayın 19-dan 20-nə keçən gecə Həştərxan vilayətinin Znamensk kəndində aralarında yaranan mübahisə zəminində Kamil Ələkbərov Yevgeni Yeqorova yumruqla zərbə vurub. Zərbədən huşunu itirən Yeqorov bir neçə gün sonra xəstəxanada ölüb.

Müəllif | Apa.Tv
Apa.tv