İŞİD-ə ağır zərbə: ABŞ və "Hizbullah" İraq ordusuna dəstək verir
İraqda İŞİD terror qruplaşmasının nəzarətində olan bir neçə yaşayış məntəqəsi azad edilib. APA TV-nin xarici mətbuata istinadən xəbərinə görə, bu ərazilərdə gedən döyüşlər də səngiyib. Buna səbəb terrorçuların bölgədən uzaqlaşmasıdır. İraq ordusu əsasən, sünnü məzhəbli əhalinin yaşadığı Əmireytül-Fəllucə, Duvəlibə, əl- Mahasinə və əl-Madarih şəhərlərini terrorçulardan təmizləyib. Bu barədə İraqın rəsmi mənbələri xəbər yayıb. Bu arada Mosul və ona bağlı əyalətlərdə döyüşlərin davam etdiyi bildirilir. İraq ordusu bu döyüşlərdə ABŞ Hərbi Hava Qüvvələrindən dəstək alır. Maraqlı burasıdır ki, "Hizbullah"ın da İraq ordusu ilə bərabər İŞİD-ə qarşı döyüşdüyü bildirilir.