Poroşenko: "Ölkədə yalnız Ukrayna dili dövlət dili olacaq"
"Yalnız Ukrayna dili ölkədə rəsmi dövlət dili statusu alacaq".
APA TV-nin xəbərinə gprə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko deyib. O, ölkənin müxtəlif bölgələrində fərqli dillərdə danışıldığını bildirib. "Ancaq Ukrayna dili rəsmi status alacaq. Çünki Ukrayna dili və xalqı yaşayır və heç kəsin bunu təhlükə altına almasına imkan verəməyəcəyik"- deyə ölkə başçısı bildirib.
Bu il fevralın 23-də Ali Radanın bir qrup deputatı dövlət dilinin əsasları ilə bağlı qanunun qəbuluna dair layihə qəbul edib. Bu qanun Ukrayna dilinin rəsmi dövlət dili kimi möhkəmlənməsini nəzərdə tutur.
Qanun eyni zamanda əhalisinin 10 faizdən çoxunun Ukrayna dilini doğma dil hesab etməyənlərin təşkil etdiyi regionlarda onların öz dillərindən sərbəst şəkildə istifadəsinə icazə verir.