Bakıda eyni mağazadan üç gündə iki oğurluq
Bakının Xətai rayonunda, Cavanşir küçəsi 29 ünvanında yerləşən marketdən oğuruluq edilib. Mağazaya qapını sındırmaq yolu ilə daxil olan naməlum şəxs və ya şəxslər oradan pul, ərzaq malları, danışıq kartları və tütün məmulatları oğurluayıblar. Maraqlıdır ki, mağazadan son 3 cün ərzində iki dəfə oğurluq edilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə məlumat verilib. Hadisə yerində polis əməkdaşları tərəfinlən araşdırma aparılıb. Ekspertlər tərəfinlən əl-barmaq izləri götürülüb. Amma cinayəti törədən şəxsləri saxlmaq mümkün olmayıb.
Obyektdə çalışan şəxslər bildiriblər ki, oğurluq üçün mağazaya girən naməlum şəxs burada xəsarət də alıb. Belə ki, qapını sındırıb içəri daxil olan zaman marketin reklam şitlərindən biri onun başını zədələyib. Bunun sübutu isə qapının ağzında qan izlərinin olmasıdır.
Xətai Rayon Polis İdarəsinin 36-cu Polis Bölməsindən isə bildiriblər ki, oğurluq hadisəsini törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.