Sürücülərə şad xəbər: Bakıda təmirə bağlanan iki yol bu gün açılır

Bakının Gülayə Qədirbəyova və Koroğlu Rəhimov küçələrində aparılan təmir işlərinin bu gün başa çatacağı və axşam saatlarında yolun açılacağı gözlənilir. Koroğlu Rəhimov küçəsində asfalt örtüyü yenilənib, yol cizgiləri xətləri, piyada keçidləri və yol göstərici xətləri çəkilib.

 

Gülayə Qədirbəyova küçəsində isə yola yeni asfalt örtüyü çəkilir. İş icraçılarının APA TV-yə verdiyi məlumata görə, bu gün günortayadək bu küçədə də işlərin başa çatdırılması planlaşdırılır.

 

Qeyd edək ki, Bakının nəqliyyatın hərəkətinin sıx olduğu Koroğlu Rəhimov və Gülayə Qədirbəyova küçələri noyabrın 7-dən təmirə bağlanıb. Yolun bağlanması noyabrın 7-də böyük təxaclara səbəb olub. Tıxac noyabrın 8-də də davam edib. Noyabrın 9-u qeyri-iş günü olsa da, həmin ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv