Şəhid əsgərin medalı ailəsinə təqdim edilib

Cəbhə xəttinin Füzuli rayonu istiqamətində minaya düşərək şəhid olan əsgər Seyfəddin Kərimovun layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” medalı və onun vəsiqəsi atasına təqdim edilib. APA TV-nin xəbərinə görə, şəhid əsgər bu medala ölümündən sonra müdafiə naziri Zakir Həsənovun əmri ilə layiq görülüb. Əsgərin ailəsi ilə görüşə Müdafiə Nazirliyinin bir qrup rəhbər işçisi, onun qulluq etdiyi hərbi hissənin və Beyləqan hərbi birləşməsinin şəxsi heyəti vəzifəli şəxsləri gəlib. Şəhidin ailə üzvləri övladlarının Vətən uğrunda qəhrəmancasına həlak olması ilə qürur duyduqlarını deyiblər.

 

Daha sonra hərbi qulluqçular şəhidin ailə üzvləri ilə birlikdə Seyfəddin Kərimovun Gəncənin şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli