İŞİD liderinin yaralandığı xəbəri yayılıb

Amerika Birləşmiş Ştatları Hərbi Hava qüvvələrinin İŞİD birləşmələrinin nəqliyyat karvanına hücumu zamanı qrupun lideri Əbu-Bəkr Əl-Bağdadı yaralanıb. APA TV-nin məlumatına görə, aviazərbə noyabrın 8-i səhər saatlarında Əl-Anbar vilayətinin Əl-Kaim şəhərinə edilib. Zərbə nəticəsində İŞİD birləşmələrinin nə qədər itki verdiyi açıqlanmır. Hadisədən bir qədər sonra İŞİD liderinin yaralanması barədə yayılan xəbərləri İraq Daxili İşlər Nazirliyindəki mənbə təsdiq edib. Lakin xəsarətin nə dərəcədə ciddi olması barədə məlumat verilmir.

Pentaqon isə bu barədə dəqiq məlumatının olmadığını bildirib.

 

Həmçinin ABŞ təyyarələrinin İŞİD birləşmələrinə hücumu nəticəsində terror qrupunun liderinin müavini Əbu Xəzifə əl-Yamaninin ölməsi barədə də xəbər yayılıb.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv