Rusiyada milli zəmində qətl törədən məktəblilərə hökm oxunub

Permdə milli ədavət zəminində cinayətlər törədən 16 yaşlı iki məktəblinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yeniyetmələrin başqa millətlərdən olan insanlara qarşı cinayət törətməkdən xüsusi zövq alması onların bır sıra cinayətlər törətməsinə yol açıb. 2014-cü ilin əvvəlindən  onlar bıçaqla silahlanaraq  Krasnokamsk küçəsində tək və qrup şəklində qeyri-slavyan millətlərinə qarşı 4 dəfə hücum təşkil ediblər. Bu hücumlar nəticəsində Özbəkistan, Azərbaycan, Başqırdıstan vətəndaşları, o cümlədən dayaq-hərəkət sistemindən zədə almış əlil-pensioner xəsarət alıb. Hücumlar zamanı zərərçəkmişlərdən biri ölüb.

 

APA TV-nin xəbərinə görə, saxlanılan yeniyetmələrə Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən milli ədavət və kim zəminində adam öldürmə, sağlamlığa qəsdən xəsarət yetirmə, bir və ya bir neçə nəfərə qarşı cinayət törətməyə cəhd maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə onlar təqsirkar hesab edilib və məhkum olunublar. Biri 8,5, digəri isə 7,5 il müddətində azadlıqdan məhrum edilən məktəblilər cəzalarını yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində çəkəcəklər

Müəllif | Apa.Tv