Azərbaycanın müdafiə naziri Moskvaya gedib

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyaya səfərə gedib. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməkdir. General-polkovnik Zakir Həsənov Şuranın sabah keçiriləcək növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.

Müəllif | Apa.Tv
Apa.tv