Balakəndə 3 ay öncə evlənən kişi evində bıçaqlanıb

Balakəndə üç ay öncə ailə həyatı quran kişi bıçaqlanıb. Hadisə dünən axşam saatlarında baş verib. APA TV-nin məlumatına görə, rayonun Kortala kənd sakini, 29 yaşlı Tural Akif oğlu Butdayev qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə xəstəxanaya daxil olub. Tural Butdayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisə Tural Butdayevin yaşadığı ünvanda baş verib. Tural Butdayevin həyat yoldaşı və valideynləri istintaqa verdiyi ilkin ifadələrində bildiriblər ki, Turalı birgə yaşadıqları evin həyətyanı sahəsində bıçaqlanmış vəziyyətdə aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov