Hava dumanlı olacaq
Sabah hava yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentdən APA TV-yə verilən məlumata görə, noyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 7-10, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Mərkəzi Aranda havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, bəzi cənub rayonlarında isə çiskin olacağı ehtimalı var. Temperaturun gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.