Sabirabadda iki avtomobil toqquşdu: 1 ölü, 2 yaralı
Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə noyabrın 9-da Sabirabad rayonun Güdəcünür kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Baxişov Coşqun Yadulla oğlunun idarə etdiyi “VAZ 2106” markalı 10 GP 610 dövlət nömrə nişanlı avtomobillə 1984-cü il təvəllüdlü Səlimov Zamin Davud oğlunun idarə etdiyi “Mercedes” markalı 10 UX 281 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ 2106"-nın sürücüsü hadisə yerində ölüb. Sürücünün cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) Sabirabad Yanğından Mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, 2006-cı il təvəllüdlü Səlimov Canpolad Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına aparılıb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.