Nigeriyada məktəb binası partladıldı, 47 şagird öldü

Nigeriya terror aktı nəticəsində 47 şagird ölüb. Hadisə ölkənin şimal-şərqində yerləşən Potiskum qəsəbəsindəki bir məktəbdə baş verib. APA TV-nin xəbərinə görə, yerli polis terrorçu-kamikadzenin "Boko Haram" radikal islamçı qruplaşmasından olduğuna inanır. Partlayışın oğlanlar üçün olan elm və texnika məktəbində baş verdiyi, terrorçunun şagird geyimində məktəbə gəldiyi bildirilir. Yerli vaxtla səhər saat 7:30-da baş verən partlayış nəticəsində 79 şagird də yaralanıb.

Tərcüməsi "Qərb təhsili haramdır" olan "Boko Haram" uşaqların məktəbə getməsini əngəlləyən kampaniyalar təşkil edir. Təşkilat qız uşaqlarının məktəbə getməməsinin, oğlanların isə dini təhsil almasının vacib olduğunu istəyir.

 

Müəllif | Apa.Tv
Apa.tv