Donetskdə atışma: 3 dinc sakin öldürülüb
Ukraynanın Donetsk vilayətində atışma nəticəsində dinc sakinlər ölüb. APA TV-nin məlumatına görə, bu barədə Donetsk vilayəti Dövlət Adminstrasiyası açıqlama verib. Verilən açıqlamada bildirilib ki, Avdeyevkada yaşayış massivinə top mərmiləri atılıb. 7 top mərmisinin atılması nəticəsində partlayışlar olub. Nəticədə 3 dinc sakin və bir hərbçi ölüb, 7 nəfər isə ağır yaralanıb. Bundan başqa, kommunikasiya xətləri və yaşayış evləri ciddi zərər görüb.
Hadisə şahidlərinin sözlərinə görə, mərmilər separatçıların nəzarət etdiyi ərazidən atılıb.