Dağıstan prezidentinin korteji qəzaya uğradı
Dağıstanın prezidenti Ramazan Abdulatipovun korteji qəzaya uğrayıb. APA TV-nin RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkən olmayıb.
“İş günündən sonra respublika başçısının kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, ölən yoxdur. İnsident zamanı Dağıstan prezidenti zərər çəkməyib” deyə Dağıstan hökumətinin mətbuat xidməti idarəsindən bildiriblər.
Yol-nəqliyyat hadisəsinin Mahaçqala-Kaspiysk yolunda baş verdiyi qeyd olunur.