Pakistanda dəhşətli qəzada 56 nəfər ölüb

Pakistanda avtobusla yük maşınının toqquşması nəticəsində 56 nəfər ölüb.  APA-nın “France Presse” agentliyinə istinadən xəbərinə görə, hadisə bu gün səhər Hayrpur şəhəri yaxınlığında baş verib.

 

Yük maşını ilə toqquşan avtobus yanıb. İlkin məlumata görə, Svat dairəsindən Kəraçi şəhərinə gedən avtobusda 80 sərnişin olub. Yerli polisin rəisi Nasir Aftab deyib ki, qəzaya sürücünün yuxulaması nəticəsində avtobusun qarşı hərəkət zolağına çıxması səbəb olub. Həlak olanlar arasında 18 uşaq və 17 qadın da var.

 

Pakistan prezidenti Məmnun Hüseyn hadisə ilə bağlı başsağlığı verib.

Müəllif | Apa.Tv
Apa.tv