Ukraynada gərginlik: Krımsk və Donetsk aeroportu bombalandı!

Ukraynanın şərqində döyüşlər yenidən qızışıb. APA TV-nin Ukraynanın "Liga.net" saytına istinadən verdiyi məlumata görə, separatçılar Ukrayna hərbçilərinin mövqelərini 17 dəfə atəşə tutublar, 2 dəfə isə hücuma keçməyə cəhd ediblər. Staroqntatovkada  döyüş tapşırığını yerinə yetirən hərbçilərin silahlılar tərəfindən atəşə tutulduğu  bildirilir. Bundan əlavə Beryozovo yaxınlığında qısamüddətli döyüş olub. Nəticədə 3 Ukrayna hərbçisinin öldürüldüyü, 2-nin yaralandığı qeyd olunur. Separatçıların sayının çox olmasına baxmayaraq hərbçilərin 9 silahlını məhv etdiyi deyilir. Bundan sonra separatçılar Krımskda Milli Qvardiyanın blokpostlarını "Qrad" və minomyotlardan  atəşə tutublar. Bu arada Donetsk aeroportu da bombardman olunub. Aeroportun ərazisi 13 dəfə ağır artilleriyanın atəşinə məruz qalıb. Partlayış səsləri yaxınlıqdakı yaşayış məntəqələri - Debaltsevo və Çernuxinoda da eşidilib. Burada da 3 hərbçinin yaralandığı bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv