İraqın ən böyük neft yatağının olduğu ərazi İŞİD-dən təmizləndi

İraq Müdafiə Nazirliyi ölkənin ən böyük neft yatağının olduğu Səlahəddin vilayətinin Bəyci şəhərinin İŞİD terrorçularından təmizləndiyi barədə məlumat yayıb. APA TV-nin İraq mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Hərbi Hava Qüvvələri başda olmaqla koalisiya birliklərinin İŞİD-in nəzarətində olan Suriyanın Hasekə şəhərinin Kəbbiyə yaşayış məntəqəsindəki  mədənləri də bombardman etdiyi vurğulanır. Antiterror gücləri Hələbdə terrorçuların ələ keçirdiyi Münbiç şəhərinin bombalanması barədə də xəbər yayıblar. İraq sərhədindəki ərazilərdə terrorçularla bəzi kürd qruplaşmaları arasında döyüşlərin baş verdiyi bildirilir. İŞİD-in Hasekə şəhərinə bağlı Rəsul Ayn yaşayış məntəqəsinin Advan kəndindəki qüvvələrinin bir qismini Yarubiyyə bölgəsinə göndərdiyi, burada sərhəd qapısına nəzarəti ələ keçirib kürdlərin bölgədən çıxış yollarını bağlamaq istədiyi bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv