Qubada torpaq davası: əmisi oğlunun boynunu kəsdi
Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Qəçrəş kənd sakini, 1983-cü il təvəllüdlü Hacıyev Anar Qurbanəli oğlu ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona boyun nahiyəsindən kəsici alətlə xəsarət yetirildiyi müəyyən olunub. Əməliyyat olunan Anar Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni zərərçəkənin əmisi oğlu, Qəçrəş kənd sakini, 1983-cü il təvəllüdlü Hacıyev Amil Güləli oğlu tərəfindən törədildiyi məlum olub. Hadisə tərəflər arasında torpaq üstündə yaranan mübahisə zamanı baş verib. Hadisəni törətməkdə şübhəli bilinən Amil Hacıyev saxlanılıb. Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.