Erməni hərbçi özünü körpüdən atıb öldürdü

Ermənistanda hərbçi özünə qəsd edib. APA TV-nin məlumatına görə, hadisə ötən gün səhər saatlarında baş verib. 25 yaşlı hərbçi özünü Yerevandakı Kiyevyan körpüsündən atıb. Aykakan-Jamanak qəzetinin verdiyi məlumata görə, mərhum ölümündən bir neçə gün əvvəl tərk etdiyi hərbi hissədə problem yaşayıb və o, axtarışa verilib. Onun üzü tamamilə tanınmaz hala düşüb.

 

Xatırladaq, ki, 9 və 10 noyabr tarixlərində Ermənistanda iki özünə qəsd və daha 2 özünə qəsd etməyə cəhd halı qeydə alınıb. 

Müəllif | Apa.Tv
Apa.tv