İŞİD-in Mosuldakı qərargahı bombalandı
Beynəlxalq koalisiya qüvvələrinə aid qırıcılar İŞİD-in İraqın Mosul şəhərində olan mövqelərini vurub. Əməliyyatda vurulan binalardan biri hazırda İŞİD-in zəbt etdiyi və qərargaha çevirdiyi Türkiyə Konsulluğunun binasıdır. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, koalisiya qüvvələri bu gün səhər saatlarında İraqın Mosul şəhərində əməliyyat keçirib. Əməliyyatda vurulan ərazilərdə terrorçuların yaratdığı şəriət məhkəməsinin, icra nümayəndəliyinin, polis idarəsinin və idman idarəsinin binası var. Çox sayda İŞİD-çinin öldürüldüyü bildirilsə də, dəqiq rəqəm göstərilmir. Hadisə yerində 3 İŞİD üzvünün meyitinin görüntüsü yayımlanıb.