Bacısını xilas etmək üçün özünü atəş altına atan 8 yaşlı qəhrəman

Suriyada çəkilən kadrlar hər kəsin diqqətinə səbəb olub. APA TV-nin xəbərinə görə, təxminən 8 yaşlarında olan suriyalı balaca oğlan silahlıların atəşinə məruz qalır. O, partlamış maşının altında gizlənən balaca bacısını xilas etmək üçün qaçır. Ancaq silahlılar dayanmadan ona atəş açır. Sonra özünü yaralanmış kimi göstərən azyaşlı yerə yıxılır. Atəş səsləri kəsilir. Bir neçə dəqiqədən sonra qəflətən ayağa qalxaraq, balaca qıza doğru gedir və onu xilas edir. Görüntüləri qeydə alan bir qrup şəxs öldüyünü düşündükləri balaca oğlanın ayağa qalxdığını gördükdə "Allahu əkbər" deyə qışqırırlar. Balacalar isə əl-ələ tutaraq qaçıb canlarını qurtarırlar. 

Müəllif | Apa.Tv
Apa.tv