Bakıda uşaq bağçasının yaxınlığında top mərmisi tapılıb

Bakıda tikilməkdə olan evdən tank əleyhinə top mərmisi tapılıb. APA TV-nin xəbərinə görə, hadisə Yeni Yasmal 1 ünvanında qeydə alınıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Minadan Təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə gəlib. Həmin ünvandan 1 ədəd təlim üçün top mərmisi aşkar edilib.

 

Daha sonra  mərmi ərazidən götürülərək aidiyyatı üzrə aparılıb. 

Müəllif | Apa.Tv
Almaz Qasımova