Bakıda 22 yaşlı oğlan bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 3 saylı Şəhər Kliniki Xəstəxanasına zəng edən naməlum şəxs Mərdəkan qəsəbəsində bir nəfərin bıçaqlandığını bildirib. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib və yaralı xəstəxanaya gətirilib. Məlum olub ki, bu, 22 yaşlı Ceyhun İbrahimovdur. 

 

Dərhal əməliyyat olunan gəncin həyatını xilas etmık mümkün olub.

 

Xəstəxanadan hadisə ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə məlumat verilib. Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və istintaqa təhvil verilib. İstintaq sirri olduğundan şübhəlinin adı hələlik açıqlanmır.

 

İlkin məlumata görə, əvvəldən tanış olan tərəflər arasında münaqişə şəxsi münasibətlər zəmnində baş verib. Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb. Saxlanılan şəxsin əməlinə hüquqi qiymət məhkəmə-tibb ekspertlərin yetirilən xəsarətlərin ağırlıq dərəcəsi barədə rəyindən sonra veriləcək. Araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv