Bakıda özəl klinikaya məxsus təcili yardım maşını qəzaya uğrayıb


Bakıda özəl klinikalardan birinə məxsus təcili yardım maşını qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. Azadlıq prospekti ilə kəsişmədə təcili yardım avtomobili 29 yaşlı Gənci Ağayevin idarə etdiyi "KİA" markalı minik maşını ilə toqquşub və aşıb.

 

Təcili yardım avtomobilin sürücüsü Ramiz İbrahimovun dediyinə görə, klinikanın həkimlərindən biri Sumqayıtda yol qəzasına uğrayıb və beyin xəsarəti alıb. Onu Bakıya gətirmək üçün tələsən təcili yardım avtomobili sayrışan işıqlarla və mikrofonla xəbərdarlıq edərək, yol kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv