Sabirabadda valideynləri ilə dalaşan oğul evlərini yandırdı

Sabirabadda fərdi yaşayış evi yanıb. Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, rayonun Yolçubəyli kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Sabirabad sakini, 59 yaşlı Ağalarova Gülnaz Hüsən qızına məxsus ümumi sahəsi 308 kvadratmetr olan birmərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 2 otağının tavanı 50 kvadratmetr sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğindan Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürüb, yaşayış sahəsinin digər hissələri yanğından mühafizə edilib.

 

İlkin araşdırma zamanı məlum olub ki, ev sahibinin oğlu, 31 yaşlı Ağalarov Saleh Səmədağa oğlu yaranmış ailədaxili mübahisədən sonra qəsdən evi yandırıb.

 

Polis Saleh Ağalarovu saxlayıb.  Faktla bağlı araşdırma davam etdirilir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı