Bakıda mağazalardan 120 min manat aparan şəxslər tutulub - YENİLƏNİB

Bakıda Mənsurə Əsgərovaya məxsus mağazadan içərisində 55000 manat pul və sənəd olan seyfi oğurlamış Bakı şəhər sakinləri Kərim Kubayev və Renat Məhərrəmov tutulublar.

 

APA TV-nin məlumatına görə, Kərim Kubayevin və Renat Məhərrəmovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Rüfət Abışova məxsus mağazadan da içərisində 65000 manat pul olan seyfi oğurlamaları müəyyən edilib. Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılan şəxslərin digər əməlləri də üzə çıxıb. İstintaq müəyyənləşdirib ki, bu şəxslər iki seyf oğurluğundan başqa, daha 3 analoji cinayət törədiblər. Dəstənin digər cinayətlərdə də iştirakı istisna olunmur.

 

Cinayətkar dəstənin digər üzvü, əvvəllər məhkum olunmuş Şahsəlim Babayevin axtarıları davam edir. Bu şəxsi görüb tanıyanlardan Nizami RPİ-yə məlumat vermələri xahiş olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv