Xaçmazda “VAZ 2106” yoldan çıxaraq maneəyə çırpılıb
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Yalama yolunun 2-ci km-də qeydə alınıb. Xudat şəhər sakini, 1983-cü il təvəllüdlü Həmidov Nazim Hacıbaba oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomaşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin 1975-ci il təvəllüdlü Seyidov Tahir Mirzəmaqamed oğlu müxtəlif dərəcəli xəsarət alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.